Ukrayna hokkey millisinin qapıçısı Eduard Zaxarçenko Silahlı Qüvvələrə səfərbər edilib.
İdman.Biz xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Bildirilir ki, Zaxarçenko ilə yanaşı, “Kremençuk”un hücumçusu Yeqor Bezuqlı da orduya aparılıb.
Yerli media və bloqerlərin iddiasına görə, idmançılar komendant saatı zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşılaşıblar və daha sonra Ərazi Komplektləşdirmə Mərkəzinə aparılıblar. Onların sonradan hərbi hissələrdən birinə göndərildiyi qeyd olunur.
Qeyd edək ki, Vladivostokda doğulan Eduard Zaxarçenko daha sonra Ukraynaya köçüb.
