Rusiyanın “Norilsk” hokkey komandasının üzvü Yeqor Yadıkin faciəvi şəkildə dünyasını dəyişib.
İdman.Biz xəbər verir ki, hadisə Başqırdıstanın Salavat şəhərində baş verib.
Rusiya mediasının məlumatına görə, 21 yaşlı hokkeyçi 68 yaşlı babası Viktor Nikolayeviçlə birlikdə yaxın günlərdə ova getməyə hazırlaşırmış. Babası ona silahın necə təmizlənməsini və doldurulmasını göstərib.

Hazırlıq zamanı Yadıkin tüfəngi götürmək istəyərkən təsadüfi atəş açılıb. Nəticədə gənc idmançı aldığı ağır xəsarətdən hadisə yerində ölüb.
Faciədən bir neçə saat sonra onun babası yaxınlarına səsli mesaj göndərib. Daha sonra isə qarajdan ölü halda tapılıb.

