Makdevid Ueyn Qretskinin rekorduna şərik oldu

7 İyun 2026 21:35
96
Makdevid Ueyn Qretskinin rekorduna şərik oldu

“Edmonton Oylers” hokkey klubunun kapitanı Konor Makdevid NHL-də növbəti fərdi uğura imza atıb.

İdman.Biz xəbər verir ki, kanadalı hücumçu “Ted Lindsi” mükafatının qalibi olub. Bu mükafat müntəzəm mövsümün ən yaxşı xokkeyçisinə təqdim edilir və qalib NHL Oyunçular Assosiasiyasının üzvləri arasında keçirilən səsvermə ilə müəyyənləşir.

Makdevid karyerasında beşinci dəfə bu mükafata sahib çıxıb. O, bu göstəricidə NHL əfsanəsi Ueyn Qretskiyə çatıb.

2025/2026 mövsümündə Konor Makdevid 138 xalla liqanın ən məhsuldar oyunçusu olub. O, 90 ötürmə ilə də NHL-də bu göstəriciyə liderlik edib. Hücumçu, həmçinin 1200 xal həddinə ən tez çatan üçüncü xokkeyçi kimi tarixə düşüb.

Səsvermədə Makdevid “Tampa-Bey Laytninq”in hücumçusu Nikita Kuçerovu və “San-Xose Şarks”ın oyunçusu Maklin Selebrinini qabaqlayıb.

İdman.Biz