ABŞ klubu 20 ildən sonra Stenli Kubokunu qazandı

15 İyun 2026 08:38
124
ABŞ klubu 20 ildən sonra Stenli Kubokunu qazandı

ABŞ-nin "Karolina Harrikeynz" hokkey klubu 20 ildən sonra Stenli Kubokunun sahibi olub.

İdman.Biz xəbər verir ki, Milli Hokkey Liqasının (NHL) pley-off final seriyasının altıncı oyununda "Karolina" "Veqas"ı 3:0 hesabı ilə məğlub edib.

Bununla da seriyada hesabı 4-2 edən Karolina təmsilçisi tarixində ikinci dəfə Stenli Kubokunu qazanıb. Klub ilk dəfə bu uğura 2006-cı ildə nail olmuşdu. Həmin vaxt finalda "Edmonton" 4-3 hesabı ilə məğlub edilmişdi. Komandanın kapitanı isə hazırda baş məşqçi olan Rod Brindamor idi.

Qeyd edək ki, "Karolina" 2002-ci ildə də finala yüksəlsə də, həlledici seriyada "Detroyt"a 1-4 hesabı ilə uduzub.

İdman.Biz