Oveçkin Qretskini arxada qoyub

Xəbərlər
11 Fevral 2024 15:24
Oveçkin Qretskini arxada qoyub

"Vaşinqton"un hokkeyçisi Aleksandr Oveçkin NHL-də əfsanəvi Ueyn Qretskinin rekordunu təzələyib.

İdman.biz xəbər verir ki, o, 57-ci dəfə şaybanı boş qapıdan keçirib.

Qretskidə bu göstərici 56-ya bərabərdir. Rusiyalı hokkeyçi onu keçərək, 1-ci pilləyə yüksəlib. Oveçkin “Boston”la oyunun son saniyələrində qapının boş olmasından istifadə edib - 3:0.

Qeyd edək ki, Oveçkin NHL-də müntəzəm çempionatda 834 qol vurub. O, bu göstəricidə turnir tarixinin ən sərrast hokkeyçisi Qretskidən 60 şayba geri qalır.

İdman.biz

Məqalədə: