İsveçrədə keçirilən hokkey üzrə dünya çempionatının finalında İsveçrə və Finlandiya komandaları qarşılaşacaq.
İdman.Biz bildirir ki, birinci yarımfinalda isveçrəlilər Norveç komandasını 6:0 hesabı ilə, ikinci yarımfinalda isə finlər Kanada komandasını 4:2 hesabı ilə məğlub ediblər.
Final oyunu 31 may bazar günü keçiriləcək və 22.20-də başlayacaq.
Norveç və Kanada arasında üçüncü yer uğrunda matç isə həmin gün 17.30-da start götürəcək.
Hazırkı dünya çempionu ABŞ komandasıdır.
