İsgəndər Əsgərov Türkiyə klublarının oyununda

17 Yanvar 2024 17:41
561
İsgəndər Əsgərov Türkiyə klublarının oyununda

Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri İsgəndər Əsgərov növbəti təyinat alıb.

İdman.biz xəbər verir ki, təcrübəli mütəxəssis qadın həndbolçuların Avropa Kubokunun 1/8 final mərhələsində Türkiyənin “Armada Praksis Yalıkavaspor” və “Ankara Yenimahalle” klubları arasında keçiriləcək cavab qarşılaşmasında Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi olacaq.

Yanvarın 20-də Bodrumda baş tutacaq oyunu Albaniyadan olan hakimlər briqadası idarə edəcək.

İdman.biz