Emil və Ernest Ağakişi qardaşları Avropa Kubokunun oyununu idarə edəcəklər

27 Mart 2026 12:52
102
Emil və Ernest Ağakişi qardaşları Avropa Kubokunun oyununu idarə edəcəklər

Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Emil və Ernest Ağakişi qardaşları Avropa Həndbol Federasiyasından daha bir təyinat alıblar.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyası məlumat yayıb.

Referilər kişilər arasında Avropa Kubokunun 1/4 final mərhələsinin matçında ədaləti qoruyacaqlar.

Onlar Bosniya və Herseqovinanın “İzvidaç” və Çexiyanın “Karvina” komandaları arasında keçiriləcək görüşdə iş başında olacaqlar.

Qarşılaşma martın 29-da Lyubuşki şəhərinin “Lyubuşki” İdman Zalında baş tutacaq.

İdman.Biz