Lənkəranda həndbol üzrə rayon birinciliyinə yekun vurulub - FOTO

6 Fevral 2026 13:12
126
Lənkəranda həndbol üzrə rayon birinciliyinə yekun vurulub - FOTO

Azərbaycan Həndbol Federasiyasının dəstəyi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə həndbol üzrə rayon birinciliyi başa çatıb.

İdman.Biz xəbər verir ki, Lənkəranın ümumtəhsil məktəblərini təmsil edən 16 komanda iki qrupda mübarizə aparıb.

Yarışlar iki gün ərzində keçirilib. Final görüşündə Lənkəran şəhər 2 və 6 nömrəli tam orta məktəblərin komandaları üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşmədiyindən qalib yeddi metrlik cərimə zərbələri seriyasında bəlli olub. Penaltiləri daha dəqiq yerinə yetirən şəhər 2 nömrəli tam orta məktəbin komandası rayon birinciliyinin qalibi adını qazanıb. Şıxakəran tam orta məktəbin komandası isə üçüncü yeri tutub.

Yarışın sonunda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, reqlamentə əsasən, Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin komandası kubokla yanaşı, həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarında iştirak etmək hüququ əldə edib.

İdman.Biz