Kişilər arasında həndbol üzrə Azərbaycan çempionatı: “Dinamo” qələbə qazanıb

Xəbərlər
14 Yanvar 2026 23:47
65
Kişilər arasında həndbol üzrə Azərbaycan çempionatı: “Dinamo” qələbə qazanıb

Kişilər arasında həndbol üzrə Azərbaycan çempionatında beşinci tura start verilib.

İdman.Biz bildirir ki, tur “Dinamo” və “Azəryol” klublarının oyunu ilə başlayıb.

Matç “Dinamo”nun qələbəsi ilə yekunlaşıb – 32:29.

Beşinci tur yanvarın 17-də keçiriləcək “Qarabağ” – “Təhsil” və “Bakı” – “Kür” qarşılaşmaları ilə davam edəcək.

İdman.Biz