Azərbaycanın beynəlxalq səviyyəli həndbol hakimləri Avropa Liqası oyununa təyinat alıblar

Xəbərlər
24 Noyabr 2025 16:25
54
Azərbaycanın beynəlxalq səviyyəli həndbol hakimləri Avropa Liqası oyununa təyinat alıblar

Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Emil və Ernest Ağakişi qardaşları təyinat alıblar.

İdman.Biz xəbər verir ki, təcrübəli referilər Avropa Liqasının qrup mərhələsində Xorvatiyanın “MRK Sesvete” və Şimali Makedoniyanın “Vardar” komandalarının görüşünü idarə edəcəklər.

Qeyd edək ki, noyabrın 25-də Zaqreb şəhərində təşkil ediləcək qarşılaşmanın EHF nümayəndəsi kosovolu Eşrəf Beqiri olacaq.

İdman.Biz