Kişilərdən ibarət “Kür” həndbol komandası EHF Avropa Kubokunda növbəti oyununa bu gün çıxacaq.
İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin ikinci təsnifat mərhələsinin cavab görüşündə Bosniya və Herseqovinanın “MRK Sloga Doboj” kollektivi ilə üz-üzə gələcək.
Qarşılaşma “Kür” Olimpiya Tədris-İdman Mərkəzində, saat 17:00-da start götürəcək.
Qeyd edək ki, ötən gün Mingəçevir klubu ilk qarşılaşmada rəqibinə uduzub - 26:38.
