EHF Avropa Kuboku: “Kür” həndbol komandası Mingəçevirdə Bosniya və Herseqovina klubu ilə qarşılaşacaq

23 Oktyabr 2026 09:23
123
EHF Avropa Kuboku: “Kür” həndbol komandası Mingəçevirdə Bosniya və Herseqovina klubu ilə qarşılaşacaq

“Kür” kişi həndbol komandası bu gün EHF Avropa Kubokunda ilk oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin ikinci təsnifat mərhələsində Bosniya və Herseqovinanın “MRK Sloga Doboj” kollektivi ilə qarşılaşacaq.

Görüş Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində saat 17:00-da başlayacaq.

Tərəflər arasında cavab matçı oktyabrın 24-də eyni məkanda keçiriləcək.

İdman.Biz