Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri təyinat alıblar

Xəbərlər
14 Noyabr 2025 16:05
45
Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri təyinat alıblar

Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Emil və Ernest Ağakişi qardaşları növbəti dəfə təyinat alıblar.

İdman.Biz xəbər verir ki, onlar kişilər arasında Avropa Kubokunun üçüncü mərhələsinin “Nilüfer Bələdiyyəspor” (Türkiyə) -“Red Boys”(Lüksemburq) matçında ədaləti təmsil edəcəklər.

Qarşılaşmada Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi yunanıstanlı Konstantinos Katsikis olacaq.

Görüş noyabrın 16-da Bursa şəhərinin “Nilüfər Bələdiyyə” İdman Kompleksində keçiriləcək.

İdman.Biz