“Kür” komandası heyətinə yeni həndbolçu qatıb.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Marta Slemanova karyerasını "Kür" komandasında davam etdirəcək.
Təcrübəli həndbolçu son olaraq “Azəryol”da oynayıb. Uzun illər paytaxt təmsilçisinin heyətində çıxış etmiş Slemanova milli komandanın da şərəfini qoruyub .
Qeyd edək ki, Marta "Azəryol"da olduğu kimi yeni klubunda da 30 nömrəli formanı geyinəcək.