Azərbaycan komandası Avropa çempionatına hazırlığı davam etdirir

Xəbərlər
20 May 2025 12:48
28
Azərbaycan komandası Avropa çempionatına hazırlığı davam etdirir

Azərbaycanın idman gimnastikası üzrə millisi Avropa çempionatına hazırlığın son mərhələsinə daxil olub.

İdman.biz xəbər verir ki, qitənin əsas yarışı mayın 26-31-də Almaniyanın Leypsiq şəhərində keçiriləcək.

Komandamızın heyətinə halqalarla hərəkətlərdə Dünya kubokunun ümumi hesabının qalibi Nikita Simonov, eləcə də İvan Tixonov, Rəsul Əhmədzadə, Mənsum Səfərov, Murad Ağarzayev və Deniz Əliyeva daxildir.

Ümumilikdə Avropa çempionatında 37 ölkədən idmançılar iştirak edəcəklər. Kişilər arasında 165, qadınlar arasında isə 136 gimnast mübarizə aparacaq.

Qeyd edək ki, ötən il Simonov halqalarla hərəkətlərdə Avropa çempionatının gümüş medalını qazanıb.

İdman.biz