Bədii gimnastika üzrə Azərbaycan çempionatı Qubada keçiriləcək

Xəbərlər
11 Oktyabr 2023 12:59
149
Bədii gimnastika üzrə Azərbaycan çempionatı Qubada keçiriləcək

Oktyabrın 26-da bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatı start götürəcək.

İdman.biz xəbər verir ki, 2 gün davam edəcək yarış Bakıdan kənarda keçiriləcək.

Çempionata Quba ev sahibliyi edəcək və yarışlar burada Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Gimnastika Federasiyası ölkənin aparıcı gənc idmançılarını, o cümlədən qrup hərəkətləri komandalarını bir araya gətirəcək turnirlə bağlı xüsusi poster də hazırlayıb.

İdman.biz