Bu gün Tərtər Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 29-cu ölkə birinciliyi start götürəcək.
İdman.biz xəbər verir ki, yarış 2 gün davam edəcək.
Birincilikdə Gəncə Olimpiya İdman Klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi (RKİM), "Ocaq Sport" Klubu, "Ocaq Sport" Klubunun Hövsan və Zaqatala bölmələri, "Kür" Olimpiya Tədris-İdman Mərkəzi, Şağan Olimpiya İdman Kompleksi, Zirə Mədəniyyət Mərkəzi, Şəmkir Gənclər Evi, Şirvan Olimpiya İdman Kompleksi, Su İdmanı Sarayı, Abşeron Olimpiya İdman Kompleksi, "Grasiya" İdman Klubundan ümumilikdə 130 idmançı öz istedad və hazırlığını nümayiş etdirəcək.
Yarışda gimnastlar fərdi hərəkətlərdə balacalar (2016-cı il, 2015-ci il, 2014-cü il təvəllüdlülər), yeniyetmələr (2012-2013-cü il, 2011 təvəllüdlülər), gənclər (2009-2010-cu il təvəllüdlülər) yaş kateqoriyaları üzrə çıxış edəcək. Qrup hərəkətləri üzrə isə balacalar (2014-2016-cı il təvəllüdlülər) və yeniyetmələr (2012-2013-cü il təvəllüdlülər) yaş kateqoriyalarında mübarizə gedəcək.
İdman.biz