Rusiya millisinin məşqçisi vəfat edib

1 Dekabr 2025 22:43
188
Rusiya millisinin məşqçisi vəfat edib

Batut gimnastikası üzrə Rusiya millisinin məşqçisi Oleq Zaporojçenko 86 yaşında vəfat edib.

İdman.Biz bu barədə Rusiya Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən bildirir. Onun ölüm səbəbi açıqlanmır.

Zaporojçenko 2012-ci il Olimpiya vitse-çempionu Dmitri Uşakov, dünya çempionatının medalçıları İrina Kundius və Nikita Fedorenko və bir çox başqalarının məşqçisi olub.

İdman.Biz