Bədii gimnastika üzrə 30-cu Bakı çempionatı başlayıb - FOTO

Xəbərlər
28 Noyabr 2025 13:30
57
Bədii gimnastika üzrə 30-cu Bakı çempionatı başlayıb - FOTO

Bədii gimnastika üzrə 30-cu Bakı çempionatı start götürüb.

İdman.Biz xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan turnirdə 6 idman klubundan 130-a yaxın gimnast iştirak edir.

İdmançılar balacalar, yeniyetmələr, gənclər yaş kateqoriyaları üzrə top, lent, gürzlər və halqa ilə proqramlarda bacarıqlarını nümayiş etdirirlər.

Qeyd edək ki, ilk mükafatçılar noyabrın 29-da bəlli olacaq. Yarışa isə noyabrın 30-da yekun vurulacaq.

İdman.Biz

Məqalədə: