Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku, “AGF Trophy” yarışı start götürüb.
İdman.Biz xəbər verir ki, yarış Milli Gimnastika Arenasında keçirilir.
Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Qazaxıstan, Polşa, Türkiyə və ABŞ təmsilçiləri, eləcə də neytral statusda çıxış edən gimnastlar qüvvələrini sınayırlar.
Gimnastlar həm fərdi, həm də sinxron proqramlar üzrə mübarizə aparırlar.
Qeyd edək ki, yarış fevralın 22-də yekunlaşacaq.
