Batut və tamblinq üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan komandasının heyəti müəyyənləşib.
Bu barədə İdman.Biz-ə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, baş məşqçi Adil Hüseynzadənin rəhbərlik etdiyi tamblinq millisinin heyətinə son iki dünya çempionatının (2023, 2025) komanda hesabında qalibləri - 1996-cı il təvəllüdlü Mixail Malkin, 2004-cü il təvəllüdlü Tofiq Əliyev, 2005-ci il təvəllüdlü Adil Hacızadə və 2006-cı il təvəllüdlü Bilal Qurbanov daxil edilib.
Xatırladaq ki, Dünya Kuboku 21-22 fevral tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.
