Tofiq Əliyev Avropada ilin gimnastı seçilə bilər - VİDEO

28 Fevral 2026 14:37
150
Tofiq Əliyev Avropada ilin gimnastı seçilə bilər - VİDEO

Azərbaycanın tamblinq üzrə gimnastı, ikiqat dünya çempionu Tofiq Əliyev Avropada 2025-ci ilin gimnastı seçilə bilər.

İdman.Biz xəbər verir ki, Avropa Gimnastika Federasiyasının keçirdiyi səsvermədə ilin kişi gimnastı nominasiyasında Tofiq Əliyevin də adı var.

Bundan başqa, bu nominasiyada qalib olmağa namizəd idmançılar bunlardır: batut gimnastı Qabriel Albukerke (Portuqaliya), idman gimnastları - Hamlet Manukyan (Ermənistan), Noe Zayfat (İsveçrə) və Lyuk Vaythauz (Böyük Britaniya).

Hazırda 59% səs çoxluğu ilə Tofiq Əliyev liderdir. Səsvermə martın 3-ü Mərkəzi Avropa vaxtı ilə saat 00:00-dək davam edəcək.

Səs vermək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: https://take.quiz-maker.com/QMTEIBV5H

Qeyd edək ki, Tofiq Əliyev ötən il Dünya Oyunlarında gümüş medal qazansa da, etdiyi üçqat salto hərəkəti bir ilk olub. Bu hərəkət dünya ictimaiyyətinin diqqətini cəlb edib və sosial mediada viral olub.

İdman.Biz