Tamblinq üzrə gimnastımız Tofiq Əliyev 5 dekabr tarixində Danimarkanın Herninq şəhərində keçirilən “FaceOFF” adlı beynəlxalq liqada iştirak edib.
İdman.Biz bildirir ki, Əliyev “FaceOFF”un qalibi olub.
Beləliklə, tamblinq üzrə Dünya çempionatının komanda hesabında qalibi, Dünya Oyunlarının gümüş mükafatçısı Tofiq Əliyev “FaceOFF”da ötən ilki titulunu qoruyub. O, bunu 10.000 tamaşaçının gözü qarşısında edib.
