Zöhrə Olimpiadaya 10-cu, qrup hərəkətləri komandamız 2-ci start verəcək

Xəbərlər
20 İyun 2024 19:05
516
Zöhrə Olimpiadaya 10-cu, qrup hərəkətləri komandamız 2-ci start verəcək

Azərbaycan gimnastlarının Paris-2024 Yay Olimpiya Oyunlarında çıxış ardıcıllığı bəlli olub.

İdman.biz xəbər verir ki, Zöhrə Ağamirova xalça üzərinə 10-cu çıxıacaq.

Olimpiadanın bədii gimnastika yarışlarında fərdi çıxışlar avqustun 8-10-da keçiriləcək. Zöhrə ilk olaraq topla çoxnövçülükdə bacarığını nümayiş etdirəcək. Bundan sonra Ağamirova halqa, lent və gürzlərlə çıxışda qüvvəsini sınayacaq.

Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə Azərbaycan millisi Olimpiadada mübarizəyə 2-ci sıradan start verəcək. Komandamız ilk olaraq 5 halqa, sonra 3 lent və 2 topla xalça üzərinə çıxacaq.

İdman.biz