Bədii gimnastika üzrə Avropa çempionatı Tallində keçiriləcək

Xəbərlər
28 May 2024 17:17
222
Bədii gimnastika üzrə Avropa çempionatı Tallində keçiriləcək

Bədii gimnastika üzrə növbəti Avropa çempionatı Estoniyanın paytaxtı Tallində keçiriləcək.

İdman.biz xəbər verir ki, bu növdə 2025-ci ilin ən nüfuzlu qitə yarışının tarixi də dəqiqləşib.

Yarış iyunun 4-8-də keçiriləcək. Bu çempionatla yeni olimpiya tsikli start götürəcək.

Qeyd edək ki, Estoniya ilk dəfə bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edəcək.

İdman.biz