Veronika Jilina Azərbaycan bayrağı altında ikinci sınağa çıxacaq

13 Sentyabr 2026 11:05
94
Veronika Jilina Azərbaycan bayrağı altında ikinci sınağa çıxacaq

Fiqurlu konkisürmə üzrə Azərbaycanı təmsil edən Veronika Jilina Qazaxıstanda keçiriləcək Denis Ten Memorialında iştirak edəcək.

İdman.Biz RİA Novosti-yə istinadən xəbər verir ki, 18 yaşlı idmançı “Challenger” seriyasına daxil olan beynəlxalq turnirin iştirakçıları sırasında yer alıb.

Jilina 2026-cı ilin yayında Rusiya idman vətəndaşlığını Azərbaycanla əvəz edib. Yevgeni Plyuşenkonun yetirməsi ötən həftə ilk dəfə beynəlxalq yarışda Azərbaycan bayrağı altında çıxış edib.

Onun debütü Yaponiyada keçirilən Kinoshita Group Cup turnirində baş tutub. Jilina yarışı altıncı pillədə başa vurub.

Beləliklə, Denis Ten Memorialı Jilinanın Azərbaycan millisinin heyətində ikinci beynəlxalq yarışı olacaq.

İdman.Biz