İtaliyanın Pezaro şəhərində keçirilən akrobatika gimnastikası üzrə yeniyetmələr arasında Dünya yarışında Azərbaycan təmsilçiləri uğurlu çıxış ediblər.
İdman.Biz xəbər verir ki, Yusif Hüseynzadə, Rəsul Əmiraslanov, Timur Xamidulin və Sərxan Ağayevdən ibarət kişi qrupumuz 27.200 xal toplayaraq bürünc medal qazanıb.
Qeyd edək ki, Yusif Hüseynzadə, Rəsul Əmiraslanov, Timur Xamidulin və Sərxan Ağayevdən ibarət dördlük daha əvvəl də uğurlu nəticələr göstərib. Onlar 2024-cü il Azərbaycan çempionatında yeniyetmələr arasında 73.030 xalla birinci olub, 2025-ci ildə Daşkənddə keçirilən beynəlxalq yarışda bürünc medal qazanıb.
