Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar - FOTO

13 Sentyabr 2026 18:42
82
Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar - FOTO

Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Mədinə Mustafayeva və Vladimir Dolmatov dünya çempionatında gümüş medal qazanıblar.

İdman.Biz xəbər verir ki, 11-13 sentyabr tarixlərində İspaniyanın Pamplona şəhərində keçirilən yarışda Azərbaycan cütlüyü qarışıq cütlük proqramında uğurlu çıxış edib.

Avropa çempionu olan Mustafayeva və Dolmatov təsnifat mərhələsində 19.050 xal toplayaraq finala yüksəliblər. Həlledici mərhələdə də inamlı çıxış edən gimnastlarımız qızıl medaldan cəmi 0,1 xal geri qalaraq ikinci yeri tutublar.

Qeyd edək ki, dünya çempionatında 38 ölkədən 350-dən çox gimnast mübarizə aparıb.

İdman.Biz