Azərbaycan gimnastları Mədinə Mustafayeva və Vladimir Dolmatov idman aerobikası üzrə dünya çempionatındakı uğurlu çıxışlarından sonra vətənə qayıdıblar.
İdman.Biz-in məlumatına görə, idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda yaxınları, federasiya və media nümayəndələri qarşılayıblar.
Ölkəmizi qarışıq cütlük proqramında təmsil edən Mədinə Mustafayeva və Vladimir Dolmatov final mərhələsində inamlı çıxış nümayiş etdirərək cəmi 0,1 xal fərqlə gümüş medalın sahibi olublar.
Avropa çempionu olan cütlüyümüz təsnifat mərhələsində 19.050 xal toplayaraq finala yüksəlib. Finaldakı çıxışlarının nəticəsinə əsasən gimnastlarımız fəxri kürsünün ikinci pilləsində qərarlaşıblar.
Dünyanın ən güclü aerobika gimnastlarını bir araya gətirən mötəbər yarışda 38 ölkədən 350-dən çox gimnast mübarizə aparıb.
