Dünya kubokunda iştirak edəcək gimnastlarımızın adları açıqlanıb - FOTO

Xəbərlər
15 Aprel 2024 14:43
112
Dünya kubokunda iştirak edəcək gimnastlarımızın adları açıqlanıb - FOTO

Aprelin 17-20-də Qətərin paytaxtı Dohada keçiriləcək kişi və qadın gimnastikası üzrə Dünya kubokunda iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

İdman.biz xəbər verir ki, yığmamız yarışda 6 idmançı ilə təmsil olunacaq.

Dohada məşqçilər Eldar Səfərov, Ruslan İrqaşev və Olqa Barkalavanın rəhbərliyi altında Rəsul Əhmədzadə (dəstəli at, paralel qollar), Mənsum Səfərov (sərbəst hərəkətlər, turnik), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar), Nikita Simonov (halqalar), Murad Ağarzayev (sərbəst hərəkətlər, dayaqlı tullanma) və Nazənin Teymurova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər) mübarizə aparacaq.

Dünya kubokunda hakimlər sırasında isə Zəkəriyyə Muradlı və Əhməd Ağayev yer alacaqlar.

İdman.biz

Məqalədə: