Bədii gimnastlarımız Almaniyada beynəlxalq turnirdə mübarizə aparacaq

29 Fevral 2024 10:29
309
Bədii gimnastlarımız Almaniyada beynəlxalq turnirdə mübarizə aparacaq

Martın 2-3-də Almaniyanın Fellbax-Şmiden şəhərində bədii gimnastika üzrə “Gymnastic International 2024” beynəlxalq turniri keçiriləcək.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycan idmançıları da xalçaya çıxacaqlar.

Bədii gimnastika üzrə məşqçilər Nərmin Cahangirova və Nəzrin Cəfərzadənin rəhbərliyi altında turnirdə gənclər arasında Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova, Fidan Qurbanlı, böyüklər arasında Kamilla Seyidzadə və Kamila Qafarova mübarizəyə qoşulacaqlar.

Bədii gimnastika üzrə beynəlxalq dərəcəli hakim Nigar Abdusalimova isə yarışda ölkəmizi hakim kimi təmsil edəcək.

İdman.biz

Məqalədə: