Bakıda bədii gimnastika üzrə ölkə çempionatına start verilib - FOTOREPORTAJ

4 Avqust 2026 14:48
96
Bakıda bədii gimnastika üzrə ölkə çempionatına start verilib - FOTOREPORTAJ

Bu gün Bakıda bədii gimnastika üzrə 31-ci Ölkə Çempionatına start verilib.

İdman.Biz xəbər verir ki, yarış Bakı Olimpiya İdman Kompleksində keçirilir.

Çempionatda gimnastlar üç yaş kateqoriyası üzrə mübarizə aparırlar. Yeniyetmələr (2013-cü il təvəllüdlü), gənclər (2011-2012-ci il təvəllüdlü) və böyüklər (2010-cu il və daha böyük) halqa, top, gürzlər və lentlə çıxış edirlər.

Bu gün yarışın açılış mərasimi keçirilib və bundan sonra yeniyetmələr, gənclər və böyüklər arasında təsnifat xarakterli çıxışlara start verilib.

Avqustun 5-də ayrı-ayrı yaş qrupları üzrə mükafatlandırma mərasimləri keçiriləcək. Çempionatın sonuncu günündə isə yeniyetmələr və gənclər arasında final mərhələsi təşkil olunacaq.

Yeniyetmələrin final çıxışları saat 12:00-da, gənclərin finalı isə saat 14:45-də başlayacaq. Mükafatlandırma mərasimləri də həmin gün keçiriləcək.

Qeyd edək ki, çempionat avqustun 6-da başa çatacaq.

İdman.Biz