Yardımlıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək

3 Avqust 2026 18:47
86
Yardımlıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək

Yardımlıda akrobatika gimnastikası üzrə 31-ci və aerobika gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək.

İdman.Biz Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, yarışlar avqustun 19-20-də təşkil olunacaq.

Bu, akrobatika gimnastikası üzrə 31-ci, aerobika gimnastikası üzrə 10-cu ölkə Çempionatı olacaq.

Qeyd edək ki, Yardımlı Olimpiya İdman Kompleksində baş tutacaq çempionatı izləmək istəyən tamaşaçılar üçün giriş sərbəst olacaq.

İdman.Biz