Bədii gimnastımızdan bir ildə iki uğur

24 İyun 2026 11:47
93
Bədii gimnastımızdan bir ildə iki uğur

Məktəblilərin Respublika idman Olimpiadasinin bədii gimnastika üzrə növbəti qalibi Eminə Əhmədovadır.

O, Bakı şəhəri 200 nömrəli tam orta məktəbin şagirdidir.

Bu il doqquzuncu sinif buraxılış imtahanında 200 bal toplayaraq növbəti sinfə keçib. İngilis dilini çox sevsə də, gimnast olmaqda qərarlıdır.

”Əvvəldən bədii gimnastika ilə məşğul olmaq istəyirdim. Amma yanlışlıqla akrobatikaya getdim. Beş il akrobatika ilə məşğul oldum. Amma bu sahəni daha çox sevdiyim üçün sonradan bədii gimnastikaya keçdim. Artıq iki ildir ki, bədii gimnastika ilə məşğul oluram. Respublika Kompleks İdman Məktəbinə gedirəm”, - deyə o “Azərbaycan müəllimi” saytına açıqlamasında deyib.

Qeyd edək ki, Eminə həm də üzgüçülüklə məşğul olur.

İdman.Biz