Bədii gimnastika üzrə ölkə çempionatında mükafatlandırılma mərasimi keçirilib - FOTO

5 Avqust 2026 16:13
113
Bədii gimnastika üzrə ölkə çempionatında mükafatlandırılma mərasimi keçirilib - FOTO

Bu gün Bakıda bədii gimnastika üzrə 31-ci ölkə çempionatına ikinci yarış günü baş tutub.

İdman.Biz xəbər verir ki, yarış Bakı Olimpiya İdman Kompleksində davam edib.

Bu gün yarışda uğurlu nəticələr göstərən idmançıların mükafatlandırılma mərasimi baş tutub.

Sabah, çempionatın sonuncu günündə yeniyetmələr və gənclər arasında final mərhələsi təşkil olunacaq.

Qeyd edək ki, çempionat avqustun 6-da başa çatacaq.

İdman.Biz