Azərbaycanlı gimnastlar dünya çempionatında medal qazandılar

26 Sentyabr 2026 19:51
91
Azərbaycanlı gimnastlar dünya çempionatında medal qazandılar

Azərbaycanın akrobatika gimnastları İtaliyanın Pezaro şəhərində keçirilən Dünya Çempionatında uğur qazanıblar.

İdman.Biz xəbər verir ki, kişi cütlüyümüz – Murad Rəfiyev və Daniel Abbasov balans hərəkətləri proqramında 28,950 xal toplayaraq bürünc medal əldə ediblər.

Qeyd edək ki, gimnastlarımız çempionatın ilkin mərhələsində 28,550 xal toplayaraq üçüncü pilləni tutub və həlledici mərhələyə vəsiqə qazanıblar.

İdman.Biz