Azərbaycan millisinin üzvü Nikita Simonov Fransanın paytaxtı Parisdə keçirilən idman gimnastikası üzrə Dünya “Challenge” Kubokunda medal qazanıb.
İdman.Biz xəbər verir ki, “Accor Arena”da keçirilən yarışda təmsilçimiz halqalar proqramında 14.133 xal toplayaraq üçüncü yeri tutub.
Qeyd edək ki, Nikita Simonov son üç beynəlxalq yarışında da medal qazanıb. Azərbaycan gimnastı 2026-cı ildə Antalya Dünya Kubokunda halqalar üzrə bürünc, Kotbus Dünya Kubokunda gümüş medal əldə edib. O, bundan əvvəl 2025-ci ildə Bakıda keçirilən Dünya Kubokunda eyni alətdə qızıl medala sahib çıxıb.
