Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva və ailə üzvləri mayın 3-də Milli Gimnastika Arenasında olublar. Onlar bədii gimnastika üzrə Avropa Kubokunun yarışlarını izləyiblər. Mötəbər turniri həmçinin Olimpiya və ikiqat dünya çempionu Alina Kabayeva da seyr edib.
İdman.Biz xəbər verir ki, Bakıda təşkil olunan yarışlarda idmançılar qrup və fərdi proqramlarda öz bacarıqlarını nümayiş etdirirlər.
Avropa Kubokunda Azərbaycan təmsilçiləri ilə yanaşı, 30 ölkənin idmançıları və neytral statuslu gimnastlar iştirak edirlər.
