Fərid Qayıbov Belarus Gimnastika Federasiyasının prezidentini qəbul edib - FOTO

17 Aprel 2026 18:08
156
Fərid Qayıbov Belarus Gimnastika Federasiyasının prezidentini qəbul edib - FOTO

Gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku ərəfəsində ölkəmizdə səfərdə olan Belarus Gimnastika Federasiyasının prezidenti Yelena Skripeli qəbul edib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan və Belarus arasında gimnastika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Belarus Gimnastika Federasiyasının baş katibi Alesiya Maçulskaya da iştirak edib.

İdman.Biz