Dünya çempionu Mixail Malkin batut gimnastikası üzrə Avropa çempionatında fəxri kürsüyə yüksələ bilməyib və dördlüyü qapayıb.
Tanınmış gimnast öz çıxışı ilə bağlı təəssüratlarını İdman.Biz-lə bölüşüb.
“Bu Avropa çempionatında hər şey istədiyim kimi alınmadı. Bəli, mən gümüş medal qazana bilərdim, lakin məşqçim Adil Hüseynzadə ilə birlikdə risk etmək və “qızıl” qazanmaq üçün daha mürəkkəb element yerinə yetirmək qərarına gəldik. Təəssüf ki, alınmadı. Növbəti yarışlarda çıxış edib mənə lazım olan nəticəyə nail olmağa çalışacağam”, - deyə Mixail Malkin bildirib.
