Tofiq Əliyev: “Heyf ki, düşündüklərimi edə bilmədim” - İDMAN.BİZ PORTUQALİYADAN + VİDEO

13 Aprel 2026 01:48
422
Tofiq Əliyev: “Heyf ki, düşündüklərimi edə bilmədim” - İDMAN.BİZ PORTUQALİYADAN + VİDEO

Portuqaliyanın Portimao şəhərində başa çatan batut gimnastikası üzrə qitə birinciliyinin gümüş mükafatçısı, tamblinqçi Tofiq Əliyev turnir barədə təəssüratlarını İdman.Biz-lə bölüşüb.

“Yarışlar çox yüksək səviyyədə keçdi. Mən yalnız final mərhələsinin sonuncu - səkkizinci iştirakçısı çıxışını bitirdikdən sonra ən yaxşı dördlüyə düşəcəyimə inandım. Dördlükdə hər şey yaxşı alınsa da, heyf ki, düşündüklərimi tam edə bilmədim. Bu, mənim Avropa çempionatlarında ardıcıl ikinci gümüş medalımdır (Tofiq 2024-cü ildə də ikinci yeri tutub – red.). Ona görə də nəticədən razıyam”, - deyə Tofiq Əliyev bildirib.

İdman.Biz