Azərbaycan gimnastı Tofiq Əliyev Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında gümüş medal qazanıb.
İdman.Biz Portuqaliyadan xəbər verir ki, tamblinqçimiz fərdi yarışlarda uğurlu çıxış edərək ikinci yeri tutub. Qeyd edək ki, gimnastımız bir gün əvvəl komanda hesabında da Avropa çempionatının gümüş mükafatçısı olmuşdu.
Digər təmsilçimiz Mixail Malkin isə yarışı dördüncü pillədə başa vurub.
Turnirdə qızıl medala Portuqaliya təmsilçisi Pezu Vaşku sahib çıxıb. Bürünc medalı isə danimarkalı Maqnus Lindholmer qazanıb.
