Azadə Atakişiyevadan qızıl medal – FOTO/VİDEO

5 Aprel 2026 13:30
433
Azadə Atakişiyevadan qızıl medal – FOTO/VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri idmançılarımız üçün uğurlu nəticələrlə davam edir.

İdman.Biz xəbər verir ki, təmsilçimiz Azadə Atakişiyeva lentlə hərəkətlərdə inamlı çıxış edərək qızıl medala sahib çıxıb. Gimnastımız beynəlxalq yarışda yüksək ustalıq nümayiş etdirərək fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb.

Xatırladaq ki, “AGF Trophy” beynəlxalq turnirinin ilk final günündə gimnastlarımız Kamilla Seyidzadə və Fidan Qurbanlı komanda hesabında gümüş medala layiq görülüblər.

İdman.Biz