Gimnastika ulduzları Bakıya toplaşırlar

18 Mart 2026 10:45
101
Gimnastika ulduzları Bakıya toplaşırlar

Azərbaycanın paytaxtı növbəti dəfə möhtəşəm idman bayramına ev sahibliyi etməyə hazırlaşır. 17-19 aprel 2026-cı il tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə FIG Dünya kuboku keçiriləcək.

İdman.Biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Gimnastika Federasiyasının birgə təşkil etdiyi bu turnirdə dünyanın müxtəlif ölkələrindən gələn ən istedadlı gimnastlar fərdi proqramda və qrup hərəkətlərində öz məharətlərini nümayiş etdirəcəklər.

Yarışın əsas mükafatlarından biri olan “AGF Trophy” kuboku ən yüksək icra xalı toplamış gimnastlara və komandalara təqdim olunacaq.

İdman.Biz