Bakıda bədii gimnastika üzrə 4-cü beynəlxalq “Ocaq Cup” turniri start götürüb.
İdman.Biz xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışın ilk günündə 2016-2019 yaş kateqoriyası üzrə idmançılar müxtəlif alətlərdə fərdi proqramda çıxış ediblər.
13 ölkədən ümumilikdə 339 gimnast iştirak etdiyi turnirə noyabrın 2-də yekun vurulacaq.
 
         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                     
                     
                     
                    