Azərbaycan və Gürcüstan Qolf Federasiyaları anlaşma Memorandumu imzalayıb

Xəbərlər
6 Aprel 2024 10:57
Azərbaycan və Gürcüstan Qolf Federasiyaları anlaşma Memorandumu imzalayıb

Azərbaycan Qolf Federasiyası (AQF) və Gürcüstan Qolf Federasiyası (GQF) anlaşma Memorandumu imzalayıb.

İdman.biz xəbər verir ki, sənəd əməkdaşlığın və irəliləyişin təşviqinə hesablanıb.

Memorandumu AQF prezidenti Rauf Xəlilov və GQF prezidenti Zaza Mikadze imzalayıblar. Bu, hər iki ölkədə qolf oynayan icmaların təkmilləşdirilməsi üçün birgə imkanların araşdırılması öhdəliyini möhkəmləndirəcək.

İmzalanma mərasimdə çıxış edən Xəlilov bildirib ki, Memorandum ölkədə qolfu inkişaf etdirmək üçün irəliyə doğru atılmış mühüm addımdır: “Biz Gürcüstandakı həmkarlarımızla səmərəli tərəfdaşlığı səbirsizliklə gözləyirik”.

Mikadze isə nikbinliyini ifadə edib: "Azərbaycan Qolf Federasiyası ilə güclərimizi birləşdirərək, əməkdaşlıq və qarşılıqlı hörmət ruhunu inkişaf etdirərək regionumuzda qolf idmanının standartlarını yüksəltməyi hədəfləyirik".

Qeyd edək ki, imzalanma mərasimində hər iki federasiyanın prezidentləri ilə yanaşı, vitse-prezidentlər Anar Əzimovla Andro Şilakadze, baş katiblər Leyla Abbasova və Mişa Dzadzamia da iştirak ediblər.

İdman.biz