ABŞ prezidenti Donald Tramp Nyu-Cersi ştatındakı “Trump National Golf Club Bedminster”də keçirilən klub yarışında iki titul qazanıb.
İdman.Biz “Goal”a istinadən xəbər verir ki, 80 yaşlı Tramp meydançanı 70 zərbə ilə tamamlayıb. Par göstəricisi 72 olan meydançada o, normadan iki zərbə az nəticə göstərib.
Turnirin təşkilatçılarının açıqlamasına əsasən, Donald Tramp böyüklər və superveteranlar kateqoriyalarında qalib elan olunub.
Mətbuatda bu uğurun Trampın özünə məxsus qolf klublarında qazandığını bildirdiyi 40-dan çox çempionluqdan biri olduğu qeyd edilir.
