Azərbaycan Qolf Federasiyası ilə “Canada Azerbaijan School Baku” arasında ölkədə qolf idman növünün inkişafı və məktəblilər arasında təbliği məqsədilə işgüzar görüş keçirilib.
İdman.Biz xəbər verir ki, görüş zamanı yeni tədris ilinin başlanması ilə əlaqədar xüsusi layihənin həyata keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub.
Razılaşmaya əsasən, cari ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları ərzində məktəblilər üçün peşəkar qolf təlim proqramları və ustad dərslərinin təşkili nəzərdə tutulur.
Bildirilib ki, əməkdaşlıq uşaqların fiziki hazırlığının və sağlam həyat tərzinin inkişafına töhfə verməklə yanaşı, gənc nəsildə qolf idmanına marağın artırılmasına və gələcək perspektivli idmançıların erkən yaşlardan müəyyənləşdirilməsinə xidmət edəcək.
