Əfsanəvi amerikalı qolfçu Tayger Vuds rəsmi olaraq sərxoş vəziyyətdə avtomobil idarə etməkdə ittiham olunub.
İdman.Biz-in TMZ-yə istinadən verdiyi məlumata görə, idmançı həmçinin fiziki və ya kimyəvi testlərdən keçməkdən imtina etməkdə də ittiham olunur.
Hadisə 27 martda Floridada baş verib və Vuds qəzadan sonra həbs edilib. Mənbələrə görə, o, yüksək sürətlə avtomobil idarə edib, başqa bir nəqliyyat vasitəsinə çırpılıb və avtomobilini aşırıb. Qolfçuda sərxoşluq əlamətləri, həmçinin üzərində güclü dərmanlar aşkarlanıb.
Vuds hər hansı bir qanun pozuntusunu rədd edir. O, əvvəllər avtomobil idarə etməklə bağlı cinayətlərdə ittiham olunub.
